ABŞ Fars körfəzində lazer silahını sınaqdan keçirib (Video)

Ana səhifə Dünya, Sabit, Video 09:56   18 İyul 2017 112 baxış

ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib.

 

Bu barədə CNN telekanalı məlumat verib.

 

Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.

 

LaWS sisteminin surəti 50 min dəfə qitələrarası ballistik raketin surətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA dənizə düşüb.

 

Mənbə: APA

Şərh yaz

comments

Şərh üçün bağlıdır.