Azərbaycan milli komandasının yeni formaları

11:16   08 İyun 2017 81 baxış
Azərbaycan milli komandasının yeni formaları

Futbol üzrə Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub.

Yığmanın mayın 10-da Şimali İrlandiya kollektivi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında ilk dəfə istifadə edəcəyi “Nike” firmasının istehsalı olan geyimlər AFFA-nın rəsmi saytı vasitəsi ilə təqdim edilib.

Qeyd edək ki, AFFA bir neçə ildir “Umbro” ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. “Nike” “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.