Azərbaycanda autizmli gənc və uşaqlarla bağlı yeni idman klubu yaranıb

11:38   28 İyul 2017 86 baxış
Azərbaycanda autizmli gənc və uşaqlarla bağlı yeni idman klubu yaranıb

Azərbaycanda autizmli gənc və uşaqlarla bağlı yeni idman klubu yaranıb.

“Bakı Autizm İdman və Yaşam Klubu”ndan sonra autizmlilərə dəstək üçün “Autizmlilərin İdman Klubu” adlı qurum Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Yeni yaranmış klubun təsisçisi Elnur Məmmədlinin sözlərinə görə, klubu yaratmaqda məqsəd bu sferada fəaliyyətlərini genişləndirib, ölkədə autizmlilərə daha çox qayğı və diqqət göstərilməsini təmin etməkdir: “Autizmlilər üçün əlimizdən gələn köməkliyi edirik və edəcəyik. Bu yolda bizə dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni yaranmış klubun autizmlilərə ən azından kiçik bir uğur qazanmasında yardımçı olacağına inanıram”, – deyə E.Məmmədli bildirib.

Şərh yaz

comments

Şərh üçün bağlıdır.