Populyar xəbərlər kateqoriyasındakı xəbərlər
  • Sabiq prezident polis tərəfindən saxlanıldı

    Sabiq prezident polis tərəfindən saxlanıldı

    00:24   31 Mart 2017

    Seulda Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xe saxlanılıb.   Pak Kın Xe Seul məhkəməsi müvafiq order verdikdən sonra polis tərəfindən saxlanılıb. Sabiq prezident rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatların kənar şəxsə – rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunub.   Bundan əvvəl, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. […]

  • “Samsung” yeni smartfonlarını təqdim edib

    “Samsung” yeni smartfonlarını təqdim edib

    16:24   30 Mart 2017

    “Samsung” şirkəti Nyu-Yorkda keçirilmiş təqdimatda yeni “Galaxy S8” və “S8 Plus” smartfonlarını nümayiş etdirib. Hər iki cihaz tərəflər nisbəti 18,5:9 olan və 2960×1440 piksel təsvir ölçülü əyri kənarlara malik ekranla təchiz edilib. Böyük modeldə ekranın diaqonalı 6,2, kiçikdə isə 5,8 düymdür. Şirkətin yaydığı məlumata görə, telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb. İdarəetmə düymələri ekrana […]

  • Düşmənə ağır zərbə: Ermənistan 5 nəfərədək itki verib (Video)

    Düşmənə ağır zərbə: Ermənistan 5 nəfərədək itki verib (Video)

    14:45   12 Mart 2017

    Düşmənin dayaq məntəqəsinə artilleriya atəşi vurulub Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib. Mənbə: mod.gov.az

  • Azərbaycanda pensiya yaşı artırıldı

    Azərbaycanda pensiya yaşı artırıldı

    15:49   10 Mart 2017

    Bu gün Milli Məclisin plenar iclasında Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.   Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, layihəyə 98 dəyişiklik təklif edilir. H.Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif […]

  • Dünyanın ən zənginləri

    Dünyanın ən zənginləri

    10:14   06 Mart 2017

    “Bloomberg” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb. Siyahının ilk pilləsində “Microsoft” qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə “Amazon” rəhbəri  Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb. İlk onluqda “Inditex” şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (59,1 […]

  • Con Kerri yeni işə başlayır

    Con Kerri yeni işə başlayır

    13:07   17 Fevral 2017

    ABŞ-ın keçmiş dövlət katibi Con Kerri növbəti tədris ilində Yel Universitetində yeni tədris proqramına məsul şəxs olacaq. Qlobal problemlərin həllinə həsr olunmuş proqram çərçivəsində C.Kerri seminarlar və tələbələrlə “baş tutmayan dövlətlər, avtoritarizm problemləri, zorakı ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda müzakirələr aparacaq. Universitet rəhbərliyi yeni proqramın yeni siyasi yanaşmalar işləyib hazırlamağa yardım edəcəyini gözləyir. Qeyd […]

  • NASA-dan dünyanın ən dəqiq fotoşəkilləri

    NASA-dan dünyanın ən dəqiq fotoşəkilləri

    16:03   30 Yanvar 2017

    NASA-nın yeni nəsil dünya müşahidə peyki (“GOES-16”) ilk fotoşəkillərini göndərib. “GOES-16” peyki meteoroloqların qasırğa proseslərini daha tez müəyyən etməsinə yardımçı olacaq. Yüksək dəqiqliyə malik fotolar sayəsində toz qatı ilə buludlar da ayırd edilə biləcək. Qeyd edək ki, dünyadakı atmosfer hadisələrinin ətraflı təhlil olunması üçün “GOES-16” layihəsi çərçivəsində orbitə daha dörd peyk göndəriləcək. Mənbə: azertag.az

  • Yaponlar qeyri-adi kreslo hazırlayıb

    Yaponlar qeyri-adi kreslo hazırlayıb

    15:55   30 Yanvar 2017

    Oyun qurğuları üçün simsiz olan hazırkı kontrollerlər nəsli oyunçunun bilavasitə televizor ekranı qarşısında oturmasını tələb etmir. Bununla belə, əksər oyun həvəskarları buna vərdiş edib. Onlar üçün xüsusi olaraq adi stulda olduğu kimi əyləşməyə imkan verən “Buddy” kreslosu yaradılıb. Kreslonun əsas üstünlüyü ondadır ki, onu çevirən istifadəçi dirsəklənərək kontrolleri birbaşa qarşısında saxlamaqla oyun oynamaq üçün daha […]

  • Obamanın prezident kimi son jesti

    Obamanın prezident kimi son jesti

    09:35   24 Yanvar 2017

    Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib.   Bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.   ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.   Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib. Mənbə: APA

  • “Türk Hava Yolları”nın yeni siması

    “Türk Hava Yolları”nın yeni siması

    12:35   21 Yanvar 2017

    Məşhur Hollivud aktyoru, “Oskar” mükafatçısı Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması olub. 79 yaşlı M.Frimen aviaşirkətin reklamında çəkiləcək.   Reklam çarxının premyerası fevralın 5-də, ABŞ Milli Futbol Liqasının final matçında nümayiş olunacaq.   Qeyd edək ki, “Türk Hava Yolları” Avropanın ən iri aviaşirkətlərindən biridir. Mənbə: APA