Con Kerri yeni işə başlayır

13:07   17 Fevral 2017 283 baxış
Con Kerri yeni işə başlayır

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri növbəti tədris ilində Yel Universitetində yeni tədris proqramına məsul şəxs olacaq.

Qlobal problemlərin həllinə həsr olunmuş proqram çərçivəsində C.Kerri seminarlar və tələbələrlə “baş tutmayan dövlətlər, avtoritarizm problemləri, zorakı ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda müzakirələr aparacaq.

Universitet rəhbərliyi yeni proqramın yeni siyasi yanaşmalar işləyib hazırlamağa yardım edəcəyini gözləyir.

Qeyd edək ki, C.Kerri 1966-cı ildə Yel Universitetinin məzunu olub.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.