Dünyanın ən zənginləri

10:14   06 Mart 2017 174 baxış
Dünyanın ən zənginləri

“Bloomberg” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

Siyahının ilk pilləsində “Microsoft” qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə “Amazon” rəhbəri  Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda “Inditex” şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz və Devid Kox qardaşları (48,1 milyard dollar), “Koch Industries” korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi,  “Oracle” korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.

Bill Qeyts

 

Uorren Baffet
Ceff Bezos

Mənbə: a24.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.