“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib

18:11   25 İyun 2017 97 baxış
“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib

İyunun 25-də “Formula-1” üzrə dünya çempionatının yeddinci mərhələsinə – Azərbaycan Qran-Prisinə start verilib.

əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra “Formula-1” Azərbaycan Qran-Prisinə start verilib.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.