Güləşçimiz ermənini məğlub edərək olimpiadaya lisenziya qazanıb (Video)

Ana səhifə İdman, Ümumi, Video 11:53   17 Aprel 2016 468 baxış

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. “Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan bu nailiyyətə Serbiyanın Zrenyanin şəhərində keçirilən Avropa Təsnifat Turnirində imza atıb.

Həsənov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Aleksandru Burkanı (Moldova), ardından Kristian Brzozovskini (Polşa) tam üstünlüklə məğlub edib. Azərbaycanlı güləşçi yarımfinalda Suren Xaçatryanla (Ermənistan) qarşılaşıb. Bu dəfə təcrübəli güləşçi 51 saniyəyə rəqibini tam üstünlüklə məğlub edib.

Beləliklə, finala yüksələn Həsənov reqlamentə əsasən olimpiadaya vəsiqəyə sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin üst-üstə 12-ci lisenziyası olub.

 

 

 

Şərh yaz

comments

Şərh üçün bağlıdır.