Hava limanı fırtına xəbərdarlığına görə 180 reysi ləğv edib

10:01   22 İyun 2017 112 baxış
Hava limanı fırtına xəbərdarlığına görə 180 reysi ləğv edib

Pekinin Şoudu Beynəlxalq Hava Limanında paytaxta leysan yağışlar və dolu düşəcəyi ilə əlaqədar elan olunan fırtına xəbərdarlığı səbəbindən azı 183 reys ləğv edilib.

Bu barədə aeroport administrasiyası nümayəndəsinə istinadən TASS məlumat yayıb.

Çinin Meteoroloji Xidməti yaxın günlərdə ölkənin ayrı-ayrı rayonlarına 150-180 mm-ə qədər yağıntı düşəcəyini proqnozlaşdırır.

Hökumət artıq “sarı” təhlükə səviyyəsi elan edib.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.