Məşhur futbolçu 30 milyon avroya otel alıb

18:10   08 İyun 2017 108 baxış
Məşhur futbolçu 30 milyon avroya otel alıb

Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi dördulduzlu otel alıb. Dəyəri 30 milyon avro təşkil edən mehmanxana Kataloniyanın paytaxtından 40 km məsafədə olan Sitjes bələdiyyəsində yerləşir.

2013-cü ildə inşa edilən oteldə 77 nömrə var. Bar, hovuz və spa mərkəzi ilə təhciz edilən mehmanxanada gecələməyin qiyməti 250 – 300 avro aralığındadır.

Qeyd edək ki, Lionel Messi “Forbes” jurnalının 2017-ci il üçün açıqladığı dünyanın ən yüksək ödənişli futbolçularının siyahısında 2-ci yerdə qərarlaşıb. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır. İlk sırada isə gəlirləri 93 milyon dollar təşkil edən portuqaliyalı Kriştianu Ronaldudur.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.