Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırılıb

12:02   28 İyul 2017 99 baxış
Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırılıb

Pakistan Ali Məhkəməsi ölkənin baş naziri Nəvaz Şərifi hakimiyyətdən uzaqlaşdırıb.

 

Müvafiq qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib.

 

2016-cı ilin aprelində Panama hüquq şirkəti “Mossack Fonseca”nın internetə sızan sənədlərində baş nazir N. Şərifin iki oğlu və bir qızının Britaniyanın Virciniya adalarında azı 3 offşor şirkətə malik olduğu göstərilib. Elə həmin ay Ali Məhkəmə məsələnin təhqiqatı ilə bağlı xüsusi komissiya yaradıb.

 

N. Şərifin hakimiyyətdən kənarlaşdırılmasına dair qərar Ali Məhkəmə hakimlərinin yekdil qərarı əsasında verilib. Baş nazirə qarşı cinayət işi açılıb.

Mənbə: APA

Şərh yaz

comments

Şərh üçün bağlıdır.