Qadın azyaşlı qızını zəhərləyərək öldürüb

10:08   21 İyun 2017 105 baxış
Qadın azyaşlı qızını zəhərləyərək öldürüb>

Qusarda azyaşlı qətlə yetirilib.

 

Rayon hüquq-mühafizə orqanlarından  bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

 

 

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

 

G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Şərh yaz

comments

Şərh üçün bağlıdır.