Raul Kastro Obamanın əli ilə onun çiyninə vurmasına imkan verməyib (Video)

Ana səhifə Manşet, Video 09:13   23 Mart 2016 470 baxış

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastronun Havanada keçirilən mətbuat konfransı birmənalı jestlə yekunlaşmayıb.

Konfransın sonunda Obama sol əli ilə Kuba liderinin çiyninə vurmaq istəsə də, Kastro amerikalı həmkarının əlini tutaraq buna imkan verməyib və yuxarı qaldıraraq havada saxlayıb.

Barak Obama 21-22 mart tarixlərində Kubaya tarixi səfər edib. Amerika liderləri artıq 90 il idi ki, bu ölkədə səfərdə olmurdular.

Mənbə: report.az

 

Şərh yaz

comments

Şərh üçün bağlıdır.