“Selfie” şəklinin redaktəsi üçün mobil proqram

09:33   11 Aprel 2017 147 baxış
“Selfie” şəklinin redaktəsi üçün mobil proqram

Fotoşəkillərin peşəkar emalı üçün proqramların hazırlanması ilə məşğul olan “Adobe” şirkəti süni intellekt və kompüter təlimi texnologiyalarını tətbiq etməklə “selfie” şəklinin redaktəsi üçün mobil əlavə yaradıb.

Şirkətin “Adobe Sensei” tədqiqat laboratoriyası “selfie” emalı üçün əlavənin işini praktik nümayiş etdirib. Servis vasitəsilə fotoşəklin uzaq məsafədən və adi fotoaparatla çəkilməsini göstərmək üçün sifətin nisbətlərini dəyişmək mümkündür. Bundan başqa, redaktor sifətin ikiölçülü yox, həcmli olması üçün onun əyilmə bucağını dəyişdirməyə imkan verir.

Proqramın daha bir xüsusiyyəti kadrdan insanı ayırmaq, fonu təmizləmək və sonradan onu geri qaytarmaqdan ibarətdir ki, bununla da yan tərəfdən çəkilmiş şəkil effekti alınır. Daha bir maraqlı funksiya digər fotoşəkillərdən effektləri tətbiq etmək imkanıdır. Funksiyanın bu yaxınlarda “Adobe” şirkətinin fotoşəkillərdə hava şəraitinin dəyişdirilməsi üçün nümayiş etdirdiyi eyni alqoritmdən istifadə etməsi ehtimal olunur.

“Adobe” proqramı təqdim etməyi planlaşdırması barədə məlumat vermir.

Mənbə: azertag.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.