“Toshiba” televizorlarının istehsalı dayandırılır

18:57   10 Aprel 2017 171 baxış
“Toshiba” televizorlarının istehsalı dayandırılır

Yaponiyanın “Toshiba” şirkəti televizor istehsalı üzrə bölməni satmaqla bağlı planlarını açıqlayıb. Bununla əlaqədar imzalanacaq sazişin yaxın ildə başa çatacağı gözlənilir. Perspektivli istiqamətin satışa çıxarılması nüvə energetikası sahəsində maliyyə itkiləri ilə əlaqələndirilir.

Potensial alıcılar qismində Çinin “Hisense Group” və Türkiyənin “Vestel” şirkətləri çıxış edir. Türkiyə şirkəti Avropada “Toshiba” markalı televizorların buraxılışı və satışı hüququna malikdir. Yaponiyada isə “Toshiba” istehsalçısı televizor satışını müstəqil həyata keçirir.

Xatırladaq ki, “Toshiba” yarımkeçiricilərin istehsalı üzrə bölməni də satmaq niyyətindədir, bir ilin əvvəli isə məişət texnikasının istehsalı üzrə bölməni “Midea” şirkətinə satıb.

Mənbə: azertag.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.