Ukrayna parlamentində dava düşüb (Video)

Ana səhifə Manşet, Video 17:52   11 Dekabr 2015 1235 baxış
Bu gün Ukrayna Ali Radasında insident baş verib.

“Pyotr Poroşenko Bloku” fraksiyasından olan deputat Oleq Barna baş nazirArseni Yatsenyukun çıxış etdiyi kürsüyə yaxınlaşaraq ona qara lentlə bağlanmış gül dəstəsini təqdim edib.

Sonra o, Yatsenyuku qucaqlayaraq kürsüdən uzaqlaşdırıb.

Qeyd edək ki, deputat O. Barna hökumətə etimadsızlıq göstərilməsi üçün imza toplayır.

Onu da əlavə edək ki, A. Yatsenyukun çıxışı zamanı Pyotr Poroşenko Bloku” və “Xalq Cəbhəsi” fraksiyalarına daxil olan deputatlar arasında dava olub.

Mənbə: APA

Şərh yaz

comments

Şərh üçün bağlıdır.